Murad Dadaşovun yeni sevdası

Murad Dadaşovun yeni sevdası
3018 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Murad Dadaşov özünü rejissor kimi sınayacaq.

Axşam.az-ın məlumatına görə, şoumen bu haqda "ATV Maqazin" verilişində xəbər verib: 

"Yaxın günlərdə bir neçə filmimin anonsunu görəcəksiniz. Bu işlərdə aktyor kimi görünməyəcəm. Özümü nədənsə kadr arxasında təsəvvür edirəm. Amma balaca, maraqlı bir epizodu oynaya bilərəm. O da ki, dramatik bir rol olsa. Həmişə komediya rolu oynayan aktyorlar dramatik obrazda görünməyi arzulayırlar".  

M.Dadaşov "Maşın" şouyla bağlı da danışıb:
 
"Leonid Yakuboviç ("Pole çudes"in aparıcısı - red.) kimi eyni verilişə aparıcılıq etmək istəmirəm. Amma Azərbaycanda "Maşın" şou çox sevilir və tələb olunur. Maraqlı heyət olsa, layihəni yenidən edə bilərəm. Hələ ki, belə fikrim yoxdur".