Bu qadın ağacla evlənmək istəyir

Bu qadın ağacla evlənmək istəyir
2067 dəfə oxunub
  • A-
  • A
  • A+

Emma Makkeyb adlı ingilis qadın ağacla evlənmək istədiyini bildirib.

Axşam.az NTV-yə istinadən xəbər verir ki, 31 yaşlı Makkeyb kişilərdən istədiyi diqqəti ala bilmədiyi üçün “Tim” adını verdiyi ağaca üz tutub və həftədə 4 dəfə onunla görüşür. “Closer” jurnalına müsahibəsində qadın evlənməyinə də aydınlıq gətirib:

“Onunla ailə üzvlərimin qatılacağı mərasimlə evlənəcəm. İnsanlar məni qərarıma görə qınaya bilərlər, amma Tim məni kişilərdən daha xoşbəxt edir”.

Dendrophilia (hədsiz ağac sevgisi) xəstəliyindən əziyyət çəkdiyi güman edilən Makkeyb ailəsinin onun qərarını ilk eşidəndə şoka düşdüyünü, ancaq ciddi olduğunu anlayanda onu dəstəklədiklədiklərini də bildirib.

Qeyd edək ki, bu xəstəlikdən əziyyət çəkən insanlar ağaclara və bitkilərə güclü istək duyur, bəzən isə seksual hislər bəsləyirlər.