“Tərkedilmiş” filminin İstanbul premyerasından fotolar

“Tərkedilmiş” filminin İstanbul premyerasından fotolar
4152 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün İstanbulda Türkiyənin "Post Production" şirkəti tərəfindən ekranlaşdırılan "Tərkedilmiş" dram filminin premyerası keçiriləcək.

"Tərkedilmiş" filminin ssenari müəllifi və rejissoru Korhan Uğur, prodüserləri Hakan Ordu, Mustafa Saygın və Alihan Karagüldür.

Süjet xətti Suriya münaqişəsində qaçqın düşərək, Türkiyəyə sığınan və səfalətdən qurtulmaq üçün böyrəyini satan qadının həyatından bəhs edir. Filmin şüarı isə belədir: "Bəzilərinin bədbəxtliyi kimlərisə xoşbəxt edir və biz buna insanlıq deyirik".

Xatırladaq ki, azərbaycanlı aktyorlar Könül Nağıyeva və Kamran Ağabalayevin baş rolları ifa etdiyi ekran əsərində tanınmış türk aktyorları Hakan Vanlı, Levent Ülgen, Hakkı Ergök, Sema Şimşek, Mahmut Gökgöz, Neriman Uğur, Burak Sarımola da çəkiliblər.

Premyerada "Tərkedilmiş" filminin yaradıcı heyəti, eləcə də Türkiyənin tanınmış kino ulduzları, eləcə də iştirak ediblər.

Qeyd edək ki, filmin Bakıda premyerası aprelin 2-də Nizami Kino Mərkəzində baş tutacaq və bütün kinoteatrlarda nümayiş olunacaq.

Axşam.az buro247.az-a istinadən filmin İstanbul premyerasından fotoları təqdim edir.