"Əvvəlcədən deyirəm ki, açıq səhnələr..." - Oksana

"Əvvəlcədən deyirəm ki, açıq səhnələr..." -  Oksana
4647 dəfə oxunub
  • A-
  • A
  • A+
Rəqqasə Oksana Rəsulova Hindistandan aldığı film təkliflərini qəbul etməməyinin səbəbini açıqlayıb:

Axşam.az-ın məlumatına görə, sənətçi "ATV Maqazin" verilişinə müsahibəsində heç vaxt açıq-saçıq səhnələrə çəkilməyəcəyini bildirib:

"Təcrübəm, həyata baxışım başqadır. Heç vaxt açıq-saçıq səhnələrə çəkilmərəm. Hindistanda soruşurlar ki, aktrisasan burada nə var ki, oynamalısan. Qəbul etmirəm. Hindistanda film təklifləri gələndə, əvvəlcədən deyirəm ki, açıq səhnələr olmasın. Olacaqsa, razılaşmıram".
 
O.Rəsulova bir daha ailə qurmaq haqqında düşünmədiyini də bildirib:

"İşləməkdən hələ yorulmamışam. Bir-birinin ardınca layihələrim olacaq. Ona görə də ailə qurmaq fikrim yoxdur".