Telman İsmayılovun dəbdəbəli oteli satışa çıxarılır

Telman İsmayılovun dəbdəbəli oteli satışa çıxarılır
3842 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycanəsilli rusiyalı iş adamı Telman İsmayılovun Antalyada 1 milyard 400 milyon dollara tikdirdiyi “Mardan Palace” oteli satışa çıxarılır.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, otel bələdiyyəyə olan borcları səbəbindən Antalya 4-cü İcra Dairəsi tərəfindən satılacaq.

İyunun 3-də 2014/3209 sənəd nömrəsi ilə tenderə çıxarılacaq “Mardan Palace”ə ilkin olaraq 325 milyon lirə (təxminən 130 milyon dollar) qiymət qoyulacaq.

Xatırladaq ki, İstanbul Boğazı formasında inşa edilən otelin açılışında Paris Hilton, Monika Belluççi, Meray Keri, Şeron Stoun, Riçard Gir, Tom Cons, Seal kimi Hollivud ulduzları ilə yanaşı, tanınmış modellər, sənətçilər, müğənnilər iştirak etmişdilər.