Britni Spirs yenidən ərə getmək istəyir

Britni Spirs yenidən ərə getmək istəyir
1319 dəfə oxunub
  • A-
  • A
  • A+

“People” jurnalının üz qabığına çəkilən müğənni yenidən ərə getmək və qız övladı dünyaya gətirmək istədiyini deyib.

Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, sevgilisi Çarlı Ebersolla birgə jurnalın fotoçəkilişində iştirak edən Spirs müsahibəsində ailə və evlilik haqda fikirlərini bölüşüb:

“Yenidən ərə getmək istərdim. Mən nağıllara inanıram...Düzdür, evlilikdən danışacaq insan deyiləm, ancaq məncə, əsas bir-birini sevmək, düzgün ünsiyyət qurmaq, qarşı tərəfə hörmət və səmimiyyətlə yanaşmaqdır. Ən əsası isə - çox, lap çox sevməkdir”.

Spirs özünü sevgi münasibətlərində “mütəxəssis” hesab etməsə də, ərə gedəcəyi halda üçüncü dəfə ana olmağı arzuladığını da gizlətməyib:

“Xoşbəxtəm ki, iki oğlum var, ancaq gələcəkdə...Özümün mini-versiyamı dünyaya gətirmək əla olardı!”.

Qeyd edək ki, amerikalı müğənni 2004-cü ildə uşaqlıq dostu Ceyson Aleksandrla evlənib və 55 saat sonra boşanıb. Həmin ilin sentyabrında rəqqas Kevin Federlayna ərə gedib və iki övlad dünyaya gətirib.