Nazənindən oğlu ilə bağlı iddialara cavab

Nazənindən oğlu ilə bağlı iddialara  cavab
12478 dəfə oxunub
  • A-
  • A
  • A+
Arzu Heydərova adlı qadın Zaur Baxşəliyevin aparıcılıq etdiyi "Öz aramızda" verilişinə müraciət edərək, müğənni Nazənin və oğlu ilə bağlı iddialar irəli sürüb.

Axşam.az-ın məlumatına görə, qadın qızının ifaçının oğlu Fəxri tərəfindən qaçırıldığını bildirib:

"Qızım 3 gündü yoxdur. Mənim uşağımın həyatını müğənni Nazəninin oğlu məhv etdi, kömək edin. Övladım həmin müğənninin oğlundan iki aylıq hamilədir. Oğlan qızımı aldatdığı və başqası ilə evləndiyi üçün qızım 3 gündür yoxdur, evdən qaçıb".

Müğənni Nazənin əməkdaşımızla söhbətində məsələyə aydınlıq gətirib:

"Oğlum ilk həyat yoldaşından ayrılıb. Evliliyi qısa çəkdiyi üçün övladı olmayıb. İndi Astaradan tanıyıb-bildiyim bir ailənin qızı ilə evləndirmişəm. Xanımın adı Arzudur. İkinci evliliyi olduğu üçün qabartmadım, mediaya yaymadım. Oğlum subay olanda o qadının qızı ilə görüşüb. Hər subay kişi kimi Fəxrinin də qadınla görüşmək haqqı var. Qadın qızını qızuşağı kimi qələmə verməsin. Həmin qız 13 yaşında ərə gedib və mənim oğlumla görüşəndə boşanmışdı, bir oğlu da var. Fəxrinin evləndiyini eşidən gündən zəng vurub şantaj edir. Biz də Xətai Rayon Polis şöbəsinə şikayət etmişik. Qızın yazdığı mesajlar, zəng vurduğu nömrələr qalıb. O qız oğlumun ailəsini yenidən dağıtmağa çalışır, amma buna icazə verməyəcəm. O ana oğlumdan şikayət etməkdənsə, gedib qızına sahib çıxsın".

Müğənninin övladından şikayət edən Arzu Heydərova saytımıza açıqlamasında bunları deyib:

"Mənim qızımı Nazəninin oğluna ərə vermək iddiam yoxdur. Ona görə verilişə çıxmamışam. Ondan nə alacağım, nə də verəcəyim yoxdur. Nazəninlə nə işim var? Oğlu qızımı dəli edib, övladım evdən qaçıb. Dünən verilişdən sonra mənimlə əlaqə yaratdı, danışdıq, amma qorxusundan gəlmir. Nazənin məndən polisə şikayət edib. Nə səbəbə? O puluna güvənir, mən də dövlətimə. Oğlu dörd arvad alıb. Birincini 6 ay saxlayıb, 5 yaşında uşağı var. Mənim qızımın uşağı yoxdur, yalan söhbətdir".