Əməliyyatla sinəsini böyütdürüb

Əməliyyatla sinəsini böyütdürüb
7555 dəfə oxunub
  • A-
  • A
  • A+

Tanınmış müğənni, repper İqqi Azaliya plastik əməliyyatla sinəsini böyütdürdüyünü etiraf edib.

Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, müğənni müsahibəsində bütün ömrü boyu bunu arzuladığını bildirib:

“Dörd ay bundan əvvəl nəhayət böyük sinəyə sahib oldum. Bütün ömrüm boyu bunu arzulamışdım. Hər geyimimdən əvvəl xüsusi alt paltarından istifadə etməkdən bezmişdim, daha onlara ehtiyacım olmayacaq”.

İqqinin sözlərinə görə, böyük arxası ilə kiçik sinəsi bir-birinə uyğun deyilmiş, bu da süd vəzilərini böyütmək üçün daha bir keçərli səbəb olub.

Qeyd edək ki, bu günlərdə İqqinin çimərlik geyimində çəkilmiş fotoları internetdə müzakirəyə səbəb olmuşdu. Sevənləri onun bədənində plastik əməliyyat olduğunu iddia etmişdilər.