Axşam.az İnstaqramın məşhur gözəlləri seriyasını davam etdirir.
Bu dəfə amerikalı peşəkar sörfinq ustası və modeli Alana Blançardın (Alana Blanchard) fotolarını təqdim edəcəyik.
Blançard 1990-cı ildə Havay adalarında anadan olub. Okean sahillərində keçən uşaqlığı onda sörfinqə maraq oyadıb. Özünün dediyinə görə ilk dəfə 4 yaşında sörfinqə başlayıb. 15 yaşından başlayaraq sörfinqlə peşəkar olaraq məşğul olan Blançard ilk yarışlara qatılıb.
2011-ci ildə “Men’s Health” dərgisi onu "Dünyanın ən seksual qadınları" siyahısına salıb.
Alana Blançardın İnstaqramda 1 milyarddan çox izləyicisi var.