"Aygündən, Röyadan xahiş edirdim ki, Ramalın..."

"Aygündən, Röyadan xahiş edirdim ki, Ramalın..."
5505 dəfə oxunub
  • A-
  • A
  • A+
"Mən "A-trio"nu yaratdım, məşhurlaşdırdım. Məqsədim ifayla tamaşaçını təəccübləndirmək idi, bunu da bacardım. Ramala (müğənni Ramal İsrafilov - red.) qrupumda olanda çox şey öyrətmişəm. Qrupun üzvlərinə fərqli dillərdə mahnılar öyrədirdim. Studiyaya salırdım, qapını bağlayırdım ki, qalın burda oxuyun. Məlumatlar axtarırdım, tapırdım. Sonradan qrupdan getdilər, itirən mən olmadım".

Axşam.az-ın məlumatına görə, bu sözləri "Gündəlik" verilişində əməkdar artist Abbas Bağırov deyib. O, R.İsrafilovla münasibətlərindən danışıb:

"Ramal mənim yanımda olanda mahnı bəstələmirdi. Qrupdan sonra yazdı, gətirib mənə göstərirdi. Gedib Aygün Kazımovadan, Röyadan, başqa müğənnilərdən xahiş edirdim ki, Ramalın mahnısın oxuyun. Gənc idi, dəstək olurdum. İstəyirdim o sahədə də tanınsın. Bunu etiraf etsin".