5 yaşlı qızın bu videosu tənqid olundu

5 yaşlı qızın bu videosu tənqid olundu
7906 dəfə oxunub
  • A-
  • A
  • A+

Kolumbiyadan olan balaca qızın makiyaj dərsləri verdiyi videoları tənqidlərə səbəb olub.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 5 yaşlı Danna Qomezin “Youtube” şəbəkəsinə yüklənilən sözügedən çarxlarına istifadəçilərdən bəziləri “niyə uşaqlarımızın uşaq olmağına icazə vermirik, onları niyə böyüklər kimi olmağa məcbur edirik?” deyə sual ünvanlayıb. Digərləri isə bu videoların “məsum uşaqların seksuallaşdırılması”na yaxşı nümunə olduğunu deyib.

Ancaq tənqidlərə baxmayaraq, balaca qız video yerləşdirməyə davam edir. Onların Dannanın bibisi Denis Qomez tərəfindən çəkildiyi və uşağın anasının icazəsi ilə paylaşıldığı bildirilib.