"Gözəlçə"nin 25 illiyini qeyd etdilər - video+foto

"Gözəlçə"nin 25 illiyini qeyd etdilər - video+foto
5063 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur "Gözəlçə" filminin premyerasından 25 il keçir.

Axşam.az-ın starslife.ru-ya istinadən məlumatına görə, 1990-cı ilin 23 martında nümayişə girən romantik filmin heyəti yubileyi qeyd etmək üçün bir araya gəliblər.

Filmin rejissoru Qari Marşal, baş rol ifaçıları Riçard Gir və Culiya Robertsin də iştirak etdiyi "Gözəlçə"nin birləşməsi" şousu bir neçə gün davam edəcək. Martın 24-də qəhrəmanların müsahibələri və maraqlı açıqlamaları yayımlanacaq.

Qeyd edək ki, "Gözəlçə" dövrünün ən uğurlu filmlərindən sayılır. "Oskar", "Bafta" mükafatlarına namizəd olan film 22 yaşlı Culiya Robertsə "Qızıl Qlobus" qazandırıb.