Tamaşaçılar sonuncu seriyaya etiraz etdilər - video

Tamaşaçılar sonuncu seriyaya etiraz etdilər - video
7450 dəfə oxunub
  • A-
  • A
  • A+

Kanal D-də yayımlanan "Küçük ağa" serialının izləyiciləri final seriyasından razı qalmayıblar.

Axşam.az-ın acunn.com-a istinadən məlumatına görə, sonuncu seriyada hər şey qaydasında olsa da, Sinem (Birce Akalay) və Alinin (Sarp Levendoğlu) avtomobil qəzasında öldürülməsi fanatların sosial mediada etirazına səbəb olub.

Onlar sərt şəkildə sonluğu sevmədiklərini və serialın daha xoşbəxt bir sona layiq olduğunu bildiriblər. Sürpriz final ilə bağlı isə yaradıcı heyətdən açıqlama verilməyib.

Qeyd edək ki, 2013-cü ilin yanvarında başlayan ekran işi son dövrlərdə reytinqdə geri düşdüyü üçün final etmək məcburiyyətində qalıb. Serialın baş rollarında Emir Berke Zincidi və Zeki Alasya da yer almışdı.