15 yaşlı qızla yatan ingilis futbolçu həbs olunub

15 yaşlı qızla yatan ingilis futbolçu həbs olunub
2600 dəfə oxunub
  • A-
  • A
  • A+

Polis ingilis futbolçu Adam Consonu 15 yaşlı qızla cinsi əlaqədə olması iddiası üzrə saxlayıb.

Axşam.az Dailymail-ə istinadən xəbər verir ki, polis “Sanderlend” komandasının futbolçusu Adam Consonun 1,5 milyon funt-sterlinqlik (2,4 milyon manat) evində axtarış aparıb.

Həftəsinə 50 min funt-sterlinq (80 min manat) qazanan 27 yaşlı futbolçu 15 yaşlı qızla cinsi əlaqədə şübhəli bilinərək həbs olunsa da, çox keçməmiş girov müqabilində azad edilib.

Qeyd edək ki, Conson 3 ilə yaxındır ki, “Sanderlend” komandasında oynayır. O, İngiltərə milli komandasında da oyunlara çıxıb.