Analarımızı sevmək üçün 15 səbəb

Analarımızı sevmək üçün 15 səbəb
2132 dəfə oxunub
  • A-
  • A
  • A+

Hər zaman yanımızda olan analarımızın bəzən müstəqil insan olduğunu unuduruq. Onu öz qayğılarımızla yükləyəndə nə qədər həyəcan keçirdiyini, narahatlıq keçirdiyini heç düşünmürük. 

Axşam.az analarımızın həyatımızdakı ən dəyərli insan olduğunu sübut edən 15 şeyi təqdim edir:

1. Sənin üçün həmişə ən yaxşısını istəyir.
2. Səhər yatağından dura bildiyinə görə səni təbrik edən yeganə insandır.
3. Dünyaya gəlmə səbəbin odur. Ona borcunu heç vaxt ödəyib qurtara bilməzsən.
4. Sənin yarım saat özündən danışmağına dözən tək insandır.
5. Ən yaxşı məsləhəti o verər.
6. İstənilən vəziyyətdə sənin tərəfini tutmağa hazırdır.
7. Dostlarının qeybətini onunla rahat-rahat edə bilərsən.
8. Səni mühakimə eləməz.
9. Uzun zamandır düşünüb edə bilmədiyin işin arxasınca düşməyə səni motivasiya edər.
10. Səni hamıdan yaxşı tanıyır.
11. Sənə yalan deməyə ehtiyac görməz.
12. Dünyanın axrına da getsən, səni həmişə gözləyəcək.
13. Sənlə danışmağa həmişə hazırdır, heç vaxt bundan sıxılmaz.
14. Əsas sponsorundur. Onsuz nə alış-veriş, nə telefon alınar ki?!
15. Səni ömrünün axrına qədər sevəcək.