Prodüser sərbəst buraxıldı

Prodüser sərbəst buraxıldı
2823 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünən polis tərəfindən saxlanılan müğənni Nazəninin prodüseri Pərviz Abbasov sərbəst buraxılıb.

Bu barədə Axşam.az saytına açıqlamasında prodüser özü məlumat verib:

“İki dəfə polis şöbəsinə çağrılsam da, işim olduğu üçün gedə bilmirdim. Dünən polislər tutub apardılar. Bir az öncə sərbəst buraxıldım. Təranə Qumral və Musa Musayevdən üzr istəməyimlə bağlı deyilənlər yalandır. Onlar haqda dediyim sözlərdən peşman deyiləm. Mənim adımdan yalan xəbər yayıb, şou yaratmasınlar”.

Qeyd edək ki, prodüser Pərviz Abbasov müğənni Arzu Mələyin ad günündə Musa Musayevlə dalaşıb. Daha sonra o, sosial şəbəkədə Təranə və Musa cütlüyünün fotolarını paylaşıb və təhqiramiz sözlər yazıb. T.Qumral buna Nazəninlə aralarındakı narazılığın səbəb olduğunu deyib.