"Anamı məcbur özündən 30 yaş böyük kişiyə ərə verdilər"

"Anamı məcbur özündən 30 yaş böyük kişiyə ərə verdilər"
3056 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni İlahə Fəda “Düzünü desək” verilişinə qonaq olub.

Axşam.az-ın məlumatına görə, həyatından danışan ifaçı ögey atası ilə bağlı açıqlamalar verib:

“Atam anama xəyanət edəndə babam onları zorla ayırıb. Deyib ki, mənim qızıma heç bir kişi xəyanət edə bilməz. Atam getdi ikinci dəfə ailə qurdu. Səkkiz ildən sonra anamı məcbur özündən 30 yaş böyük kişiyə ərə verdilər: birdən anamın adına söz çıxar, namusu ləkələnər deyə. Mənim üçün ögey ata ilə yaşamaq çətin idi. Məktəbə gedəndə 1 manat istəyirdim. Əlimi uzadırdım, atalığım vermirdi, yerə atırdı. Acığımdan götürmürdüm, tapdalayıb, gedirdim. Bunlar mənə psixoloji təsir edib. Nə doğma, nə də ögey atama etibar edə bilmədim. Bu günə kimi ailə qurmamağımın səbəbi də budur. Doğma ataya etibar etmək olmursa, başqa kişiyə necə güvənəsən?”.