"Xarabalıqdan çıxmış milyonçu"nun müsahibəsi

"Xarabalıqdan çıxmış milyonçu"nun müsahibəsi
6373 dəfə oxunub
  • A-
  • A
  • A+
“Oskar” qazanmış “Xarabalıqdan çıxmış milyonçu” filminin qəhrəmanı Dev Patel woman.ru saytına müsahibə verib.

Axşam.az-ın məlumatına görə, hindəsilli britaniyalı aktyor çəkildiyi “Çappi adlı robot” filminin qalasında saytın əməkdaşının suallarını cavablandırıb:

- Sonuncu filminizdə kompüter vunderkindi kimi kamera önünə çıxmısınız. Real həyatda necə, yeni texnologiyalarla aranız yaxşıdır?

- Nə internetlə, nə də yeni texnologiyalarla o qədər də aram yoxdur. Mən heç bir sosial şəbəkədə yoxam. Xoşum gəlmir ki, yad insanlar mənim şəxsi həyatımı müzakirə etsinlər. Bəzi məhrəm şeylər var ki, onu kənardakılar bilməməlidir. Mən ulduz yox, sadəcə aktyor olmaq istəyirəm.

- Obrazını canlandırdığınız Dion Çappi adlı robotun atası olmaq istəyir. Bəs siz ata olmaq istəməzdiniz?

- Hazırda yox. Ola bilər, nə vaxtsa bu barədə fikirləşərəm. Ancaq mənim hələ 24 yaşım var. Bir az da ayaqlarım üstündə durmalıyam. Daimi gəlirim olmalıdır. Ailə qurmaq haqda hələ düşünmürəm. Fikrimi karyerama vermişəm.

- İdeal ailə necə olmalıdır?

- Ailə hər zaman insanın yanında olmalıdır. Mənim gözəl valideynlərim var. Onlar məni hər addımımda dəstəklədilər və dayağım oldular. İstənilən ağacın böyüməsi üçün kök və torpaq lazımdır ki, onu ayaqda saxlaya bilsin. Valideynlərim məni qidalandıran və ruhdan düşməyə qoymayan köklərimdir.

- Qızlarla münasibət sizə nə verir?

- Ceyms Braunun mahnısında deyildiyi kimi: “Kişilərin dünyası qadınlarsız heç nədir”. Qadın mənim üçün böyük, güclü qüvvədir. O, sizi daha yaxşı və səylə işləməyə sövq edir. Xanımların qəlbini ələ almaq üçün mübarizə aparmalısan. Kiminsə diqqətini çəkmək istəyirsənsə, ağır və inadkar mübarizəyə hazır olmalısan. İlk növbədə, bunu özün özünlə etməlisən.

- Hansı rollarda çəkilmək istərdiniz?

- Dramatik rollar xoşuma gəlir. Onlar aktyora insan təbiətinin dərinliklərinə varmağa kömək edir. Adamlar arasındakı incə əlaqələri tapırsan. Fantastik janrda filmə çəkilmək üçün uşaqtəbiətli olmalısan.