Məşhur modellərin sirlərini ifşa etdi - fotolar

Məşhur modellərin sirlərini ifşa etdi - fotolar
5175 dəfə oxunub
  • A-
  • A
  • A+

Əfsanəvi modellər Sindi Krouford, Kristi Törlinqton, Naomi Kempbell, Klaudia Şiffer, Stefani Seymur və Linda Evangelistanın meneceri Karol Uayt “Çox danışdım?” adlı kitab yazaraq modellərin sirlərini ifşa edib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ən böyük model agentliklərindən biri – “Premier”in qurucusu Karol Uayt kitabında “böyük beşlik”dən, onların kaprizlərindən, gecikmələrindən və bəzən böyük məbləğlərə də etiraz etmələrindən danışıb:

“Gecikməsinlər deyə qaldıqları oteldən otaqlarının açarını alıb soyuducularındakı içkiləri götürürdüm. Bəzən yataqlarından sürüyüb çıxarırdım. Sonra çəkiliş müddətini bir neçə saat əvvələ dedim, ancaq görəndə ki vaxtında gəlirlər, qəsdən ona da gecikməyə başladılar”.

Uayt 1990-cı illərdə model Linda Evangelistanın müsahibəsində “Gündə 100 min dollardan az pula yataqdan qalxmarıq” deməyinə də münasibət bildirib:

“Linda gördüyüm ən gülməli qadın idi. Zarafatca demişdi. Amma markalar inandılar və olduqca yuxarı qiymətlər təklif elədilər. 1992-ci ildə bir avtomobil reklamına çəkildilər, hərəsinə 450 min dollar verildi. Ona da elə nazla, elə kaprizlə gəldilər ki!”.