Maşınların hərəkətinə məhdudiyyət qoyulacaq - "Əli və Nino"ya görə

Maşınların hərəkətinə məhdudiyyət qoyulacaq -  "Əli və Nino"ya görə
2227 dəfə oxunub
  • A-
  • A
  • A+

“Əli və Nino” filminin çəkilişləri ilə əlaqədar İçərişəhərdə avtomobillərin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Axşam.az xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən APA-ya verilən məlumata görə, filmin çəkilişləri ilə əlaqədar avtomobillərin girişindəki məhdudiyyət martın 2-dən 14-dək davam edəcək.
 
Martın 4-dən İçərişəhərin Qoşa Qala Qapısı girişindən nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq, Neftçilər prospekti tərəfindən olan girişdən isə giriş-çıxış yalnız İçərişəhərin sakinləri və elektron kart sahibi olan digər rezidentlər üçün açıq olacaq.
 
Çəkilişlər əsasən İçərişəhərdə yerləşən Şirvanşahlar Saray Kompleksində, Qoşa Qala Qapısı meydanında və Asəf Zeynallı küçəsində aparılacaq. Əsərdə dövrlə bağlı obraz və hadisələri dolğun canlandırmaq üçün həmin məkanlarda XIX əsrin sonu və XX əsrin əvvəlindəki Bakı mühitinə uyğun dekorasiyalar qurulacaq.
 
İdarədən bildiriblər ki, çəkilişlərlə əlaqədar İçərişəhərin sakinləri və qonaqları üçün yarana biləcək müvəqqəti narahatçılığın minimuma endirilməsi məqsədi ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən bütün lazımi tədbirlər  görüləcək.