Manatın bu günə olan məzənnəsi açıqlandı

Manatın bu günə olan məzənnəsi açıqlandı
4947 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün də Azərbaycanda 1 ABŞ dollarının manatla nisbətdə rəsmi məzənnəsi cüzi dəyərdən düşüb.

Axşam.az-ın “APA-Economics”ə istinadən məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) martın 2-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkədə dolların rəsmi məzənnəsi 1,0496 manat səviyyəsində müəyyən edilib. Fevralın 27-də isə 1 dollar 1,0498 manat olub. Başqa sözlə, dollar manata nəzərən 0,0002 manat və ya 0,02% ucuzlaşıb. Xatırladaq ki, fevralın 21-dən 24-dək 1 dollar 1,0500 manat idi.
 
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0038 manat və ya 0,32% ucuzlaşaraq 1,1733 manat olub. Qeyd edək ki, fevralın 27-də isə 1 avro 1,1771 manat idi. Xatırladaq ki, fevralın 21-dən 24-dək 1 avro 1,1950 manat olub.