"Ay Brilliant"ın qala gecəsində nələr oldu? - fotolar

"Ay Brilliant"ın qala gecəsində nələr oldu? -  fotolar
7895 dəfə oxunub
  • A-
  • A
  • A+
Ötən gün Heydər Əliyev Sarayında “Ay Brilliant” komediya filminin təqdimatı baş tutub.

Axşam.az-ın məlumatına görə, ilk olaraq aparıcı-aktyor İlkin Həsəni səhnəyə çıxaraq filmlə bağlı çıxış edib.

O, hər kəsə təşəkkür edərək, ekran işinin tamaşaçılar tərəfindən maraqla qarşılanacağına inandığını deyib.

Filmin ssenari müəllifi və rejissoru Kənan M.M.-dir. Ekran işi "Bozbash pictures" komandası tərəfindən ərsəyə gətirilib. Yaradıcı heyətdə aktyorlar Şamil Süleymanlı, İlkin Həsəni, Elşən Orucov, Nicat Rəhimov, Azər Baxşəliyev, Ramil Babayev, Şəhanə Yusifova, Pərvin Abıyeva və başqaları yer alıblar.

Filmin sonunda tamaşaçılar maraqlı məqamla qarşılaşırlar. Belə ki, Fəlakət obrazı müğənni Röya Ayxanla ailə qurur.

Qeyd edək ki, “Ay Brilliant” bugündən etibarən şəhərin bütün kinoteatrlarında nümayişə başlayacaq.

Foto: Ramin ASLANOV