Beren Saat 10 il əvvəl - fotolar

Beren Saat 10 il əvvəl - fotolar
8655 dəfə oxunub
  • A-
  • A
  • A+
Bir neçə gün əvvəl aktrisa Beren Saatın 31 yaşı tamam olub.

Axşam.az-ın gecce.com-a istinadən məlumatına görə, B.Saat ilk dəfə 10 il əvvəl "Türkiyənin ulduzları" adlı yarışma ilə diqqətləri çəkib. Birinciliyi qazanmasa da, ikinci olan Beren yaddaşlarda daha çox qalıb.

O, bu yarışmaya qatılmasında sevgilisi Efeyə borclu olduğunu deyir. Lakin Efe daha sonra avtomobil qəzasında dünyasını dəyişib.

Yarışmanın ardından televiziya reklamında iştirak edən aktrisa rejissorların diqqətini çəkib. "Aşkımızda ölüm var", "Aşka sürgün", "Aşkı-ı Memnu", "Fatmagülün suçu ne" və "İntikam" seriallarıyla o, ən çox gəlir əldə edən aktrisa olub. Eyni zamanda Beren bir neçə filmdə də uğurunu davam etdirib.

Şəxsi həyatıyla da gündəmdə olan sənətçi Bülent İnal və Levent Semerci ilə eşq yaşayıb. Hazırda isə müğənni Kənan Doğulu ilə evlidir.