"Uşaqlarıma narkotiki qadağan etməmişəm" - Madonna

"Uşaqlarıma narkotiki qadağan etməmişəm" - Madonna
3662 dəfə oxunub
  • A-
  • A
  • A+

Pop-diva Madonna uşaqlarının narkotik maddədən istifadəsinə icazə verdiyini söyləyərək mübahisəyə yol açıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, "Johnathan Ross Show" proqramında o, bildirib ki, həddi aşmamaq şərti ilə uyuşdurucu maddədən istifadə etmək olar.

56 yaşlı müğənninin bu haqda fikirləri birmənalı qarşılanmayıb. O, narkotikanı sevmədiyini, lakin bir neçə dəfə özü də istifadə etdiyini etiraf edib:

"Uşaqlarıma narkotiki qadağan etməmişəm. Bu haqsızlıq olardı, çünki özüm keçmişdə istifadə etmişəm".

Madonna "Brit Awards"da bilərəkdən, diqqət çəkmək üçün yıxıldığı barədə yazılan xəbərləri də təkzib edib. Sənətçi sadəcə şou zamanı rəqqasların onun paltarını çəkərkən özünü saxlaya bilmədiyini deyib.