Brilliant Dadaşova Cavid Gülü tanımadı - video

Brilliant Dadaşova Cavid Gülü tanımadı - video
5361 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Brilliant Dadaşova “Top kimi şou”da hər kəsi təəccübləndirib.

Axşam.az-ın məlumatına görə, müğənni verilişdə qonaq olan aparıcı Cavid Gülü tanımadığını deyib:

“O oğlan nə işlə məşğuldur? Aparıcıdır? Tanımıram. Zarafatsız, hansı verilişi aparır?”.

Cavid isə “Hələ nə yaşım var, eybi yox. Veriliş başlayanda nömrənizi götürüb zəng edəcəyəm, mənə baxarsınız” deyə cavab verib.

Aktyor, verilişin aparıcısı Fərda Xudaverdiyev Cavidin “Kimdir nömrə 1?” yarışmasının aparıcısı olduğunu xatırladıb. B.Dadaşova həmin verilişdə müğənni Emil Bədəlovla duet oxuduğunu, buna baxmayaraq, Cavidi orada görmədiyini bildirib.