Nemtsov öldürülərkən yanında bu qız olub - fotolar

Nemtsov öldürülərkən yanında bu qız olub - fotolar
8827 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyalı siyasətçi Boris Nemtsov qətlə yetirilərkən Ukrayna vətəndaşı 23 yaşlı model Anna Duritskaya onun yanında olub.
 
Axşam.az-ın musavat.com-a istinadən xəbərinə görə, məlumatı LifeNews yayıb. Məhz onun sayəsində istintaq hadisənin necə baş verdiyini dəqiqləşdirib. Modelin sözlərinə görə, o, Nemtsovu mərkəzi univermaqda gözləyib. Onlar birlikdə şam etməliymişlər. Saat 23.00 radələrində cütlük küçəyə çıxıb və Vasilyevsk enişinə doğru piyada irəliləyib. Hadisə də həmin yerdə baş verib.
 
Qeyd edək ki, tanınmış siyasətçi Borus Nemtsov bu gecə Moskvanın mərkəzində güllələnib. O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.