Məşhur türk müğənnisi xəstəxanaya aparıldı

Məşhur türk müğənnisi xəstəxanaya aparıldı
3270 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyənin məşhur müğənnisi Emel Sayın xəstəxanaya aparılıb.

Axşam.az-ın "Milliyet"ə istinadən məlumatına görə, sənətçi evdə ayaqları dolaşaraq yıxılıb. Ciddi zədə alan Emel təcili şəkildə xəstəxanaya çatdırılıb.

Müayinədən sonra onun çiyninin sındığı məlum olub. Həkimlər ona bir həftə yataq şəraitində qalmağı məsləhət görüblər.