Alessandro Safina İstanbuldakı "Gözüyaşlı Xocalım"da - fotolar

Alessandro Safina İstanbuldakı "Gözüyaşlı Xocalım"da - fotolar
1480 dəfə oxunub
  • A-
  • A
  • A+

Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar olaraq fevralın 26-da İstanbulun Milli Saraylar Saray Kolleksiyaları Muzeyində "Gözüyaşlı Xocalım" adlı anım sərgisi təşkil olunub.

Axşam.az-ın anspress-ə istinadən məlumatına görə, tədbir çərçivəsində 26-28 fevral tarixlərində müasir incəsənətin tanınmış nümayəndələrindən olan azərbaycanlı rəssamlar Niyaz Nəcəfov, Emin Əsgərov, Ramal Kazımov və Anar Hüseynzadə eləcədə əfqan rəssam Reza Hazarenin əsərləri sərgilənib. Sözügedən rəssamların əl işləri YARAT Müasir İncəsənət Məkanının dəstəyi ilə sərgiyə təqdim edilib.

Tədbirin aparıcıları Nərgiz Cəlilova və Güneri Cıvaoğlu olub. Sərginin açılışında dünyaca məşhur italyalı tenor Alessandro Safina da çıxış edib. O, Behzat Gerçekerin rəhbərliyi altında ENBE Orkestrasının müşayiətində gənc müğənni Dilarə Kazımova ilə Azərbaycanın xalq mahnısı "Sarı gəlin"i səsləndirib. "Gözüyaşlı Xocalım" sərgisinin açılışında Türkiyə və Azərbaycandan olan siyasətçilər, mədəniyyət xadimləri iştirak ediblər.