Fotoya bənzəyən rəsmlər

Fotoya bənzəyən rəsmlər
3743 dəfə oxunub
  • A-
  • A
  • A+

Bəzi rəssamların çəkdikləri rəsm əsərləri fotoşəkillərdən fərqlənməməyi ilə seçilir.
 
İlk baxışdan mükəmməl fotoşəkillərə bənzəyən bu hiperrealistik əsərlər reallığı, tam anlamında, olduğu kimi əks etdirir. Bu cür rəsm əsərlərinin yaranması üçün böyük vaxt tələb olunur, çünki hər bir detal həddindən artıq dəqiq təsvir olunmalıdır.

Axşam.az oxucuları belə rəssamlardan biri olan Yiqal Ozeri ilə tanış edir.

İsraildə doğulmuş Yiqal Ozeri Nyu-Yorkda yaşayır. Yiqal işıq və kölgəni, günəş parıltısını inanılmaz dərəcədə real çəkməyi bacarır və fotoşəkil illüziyasını yarada bilir. Bu qeyri-adi hiperrealistik əsərlərin yaradılması bir neçə etapdan keçir. Əvvəlcə rəssam modellər seçərək onların şəklini təbiət fonunda çəkir. Fotoşəkilləri əldə etdikdən sonra o, işə başlayır. Yiqal əsərlərinin bir neçə nüsxəsini yaradır ki, insanları daha çox aldada bilsin. Həqiqətən də, dünyanı bu dərəcədə gerçəyə yaxın yaratmaq hər rəssamın işi deyil.