Məktəblilərin yaz tətili günləri bəlli oldu

Məktəblilərin yaz tətili günləri bəlli oldu
5743 dəfə oxunub
  • A-
  • A
  • A+

Orta məktəblərdə yaz tətili martın 17-dən başlayacaq.

Təhsil Nazirliyi orta məktəblərin yaz tətili günlərinin müddətini açıqlayıb.

Axşam.az-ın lent.az-a istinadən məlumatına görə, bu il orta məktəblərdə yaz tətili martın 17-dən başlayacaq. Orta məktəb şagirdlərinin tətil müddəti martın 24-dək müəyyən edilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin verdiyi qərara əsasən, bu il martın 20-dən 28-nə (martın 28-i daxil olmaqla) qədər Azərbaycanda Novruz bayramı ilə əlaqədar qeyri-iş günləri olacaq.