Cənubi Koreyada xəyanətə icazə verildi

Cənubi Koreyada xəyanətə icazə verildi
1994 dəfə oxunub
  • A-
  • A
  • A+
Cənubi Koreya Ali Məhkəməsi həyat yoldaşlarını aldadanlara qarşı 1953-cü ildə qəbul edilmiş cəzanı ləğv edib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Cənubi Koreyada ənənəvi ailə dəyərlərini qorumaq üçün qəbul olunmuş bu qərar vaxtı ilə kişilərlə müqayisədə daha zəif sosial statusa malik qadınların haqlarını müdafiə məqsədi daşıyıb.

“Dövlət vətəndaşların şəxsi həyatlarına müdaxilə etməməlidir” deyə əsaslandırılan qərar üçün doqquz nəfərlik məhkəmə heyəti səs verib.

Qeyd edək ki, Cənubi Koreyada 2008-ci ildən bəri 5 min 500-dən çox vətəndaş həyat yoldaşlarını aldatdıqları üçün həbs olunub. Qanunla bu cinayəti törədənlərə 2 illik həbs cəzası verilirdi.