"Maşın sürməyə qarşı fobiyam vardı" - Sevda

"Maşın sürməyə qarşı fobiyam vardı" -  Sevda
2456 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Sevda Ələkbərzadə fobiyasından danışıb.

Axşam.az-ın məlumatına görə, “ATV Maqazin”ə açıqlama verən müğənni avtomobil idarə etməyi çətinliklə öyrəndiyini deyib:

“Maşın sürməyə qarşı fobiyam vardı. Yatanda avtomobillə bağlı qorxulu yuxular görürdüm. İnsanlar 1 aya maşın sürməyi öyrənir. Mən 1 ilə güclə sükana alışdım”.

S.Ələkbərzadə bacısı Emma Ələkbərzadənin gündəmdən uzaqlaşmasından da bəhs edib:

“Sənət insanları əhval adamlarıdır. Başı ailəsinə qarışıb. Ürəyi istəyəndə gedir, bir mahnı oxuyur qayıdır”.