“Oskar”lı aktyor qadın oldu

“Oskar”lı aktyor qadın oldu
2070 dəfə oxunub
  • A-
  • A
  • A+
“The Theory of Everything” filmindəki obrazına görə bu il “Oskar” mükafatına layiq görülən Eddi Redmeyn qadın rolunda çəkiləcək.

Axşam.az “Dailymail”ə istinadən xəbər verir ki, aktyor transgender pianoçu Lili Elbenin həyatından bəhs edən yeni bioqrafik film üçün qadın olub. 33 yaşlı Redmeyn bu obrazı özünün ən həssas rolu kimi qiymətləndirib.

Qeyd edək ki, Lili Elbe XX əsrdə ilk cinsiyyət əməliyyatı etdirən transgenderlərdən olub, lezbiyan rəssam Gerda Vaudla evlənib.