Obamanın izlədiyi serialın yeni mövsümü başlayır

Obamanın izlədiyi serialın yeni mövsümü başlayır
1531 dəfə oxunub
  • A-
  • A
  • A+
Tanınmış aktyor Kevin Speysinin baş rolunu oynadığı “House of Cards” serialının 3-cü mövsümünün təqdimetməsi keçirilib.

Axşam.az “Dailymail” saytına istinadən xəbər verir ki, ABŞ-la yanaşı, dünyanın bir çox ölkəsində maraqla izlənilən serialın 3-cü mövsümünün ilk bölümü fevralın 27-də televiziyada nümayiş olunacaq. Təqdimetmə mərasimində Kevin Speysi və ekran işində onun həyat yoldaşını canlandıran aktrisa Robin Uayt birlikdə kameralar qarşısına keçiblər.

Baş qəhrəman Fransis Andervud iddialı siyasətçidir. O, daha yuxarı vəzifələrə addımlamaq üçün bütün vasitələrə əl atır. Bunu bacaracaq qədər təcrübəsi var. Ağ Ev koridorlarında gəzişən hər kəsi yaxşı tanıyır. Kimi nəylə vuracağını çox gözəl bilir. Prezidentlik kürsüsünə aparan yolda onun qarşısına çıxacaq hər kəsi və hər şeyi məhv etməyə qadirdir. Şeytani xarakterə malik olan bu insana eyni xarakterdə olan həyat yoldaşı Kleyr də kömək edir.

Qeyd edək ki, “House of Cards”ı ABŞ prezidenti Barak Obama da izləyir.