Aktrisanın 150 minlik libasını oğurladılar

Aktrisanın 150 minlik libasını oğurladılar
2010 dəfə oxunub
  • A-
  • A
  • A+
Tanınmış aktrisa Lyupita Nionqonun “Oskar-2015” mükafatlandırma mərasiminə geyindiyi 150 min dollarlıq libası oğurlanıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, mükafatlandırma gecəsində təbii mirvariləri ilə hər kəsin diqqətini çəkən paltar “Calvin Klein”dən olub. Fransisko Kosta tərəfindən xüsusi olaraq hazırlanan geyim aktrisanın Hollivudda qaldığı oteldən oğurlanıb. Təhlükəsizlik kameralarına baxış zamanı oğrunun kimliyi müəyyənləşdirilib və polis axtarışlara başlayıb.