"Anamın vəsiyyətini yerinə yetirə bilmədim"

"Anamın vəsiyyətini yerinə yetirə bilmədim"
5167 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Xuraman Şuşalı anasının vəsiyyətini yerinə yetirməyib.

Axşam.az-ın məlumatına görə, bu haqda “Düzünü desək” verilişində danışan ifaçı göz yaşlarını saxlaya bilməyib:

“Anam dünyasını dəyişməzdən əvvəl vəsiyyətində demişdi ki, onu Mir Mövsüm Ağa ziyarətgahında dəfn edək. Tez-tez komaya düşürdü. Dayım dedi ki, Ağcəbədidə dəfn edəcəyik. Anam bunu eşitdi, etiraz bildirdi. Dünyasını dəyişəndən sonra qardaşı onu Ağcəbədiyə apardı. Bildim ki, dayımla, xalamla mübarizə aparmağa gücüm çatmayacaq. Hələ də özümü bağışlaya bilmirəm. Mən onun vəsiyyətini yerinə yetirə bilmədim. Anam üçün Mir Mövsüm Ağa ziyarətgahında yer də danışıb, almışdım”.