Məşhurlar "Qanlı Yanvar"ın İstanbuldakı qala gecəsində - fotolar

Məşhurlar "Qanlı Yanvar"ın İstanbuldakı qala gecəsində -  fotolar
3719 dəfə oxunub
  • A-
  • A
  • A+

Rejissorluğunu Vahid Mustafayevin etdiyi “Qanlı Yanvar” filminin İstanbulda qala gecəsi baş tutub.

Axşam.az-ın məlumatına görə, gecədə Türkiyə və Azərbaycandan tanınmış simalar iştirak edib.

Ekran işində rol alan türkiyəli aktrisa Nəbahət Çehrə media nümayəndələrinin suallarını cavablandıraraq, ekran işini çox bəyəndiyini vurğulayıb.

“Qanlı Yanvar”ın təqdimat mərasiminə iş adamı Mübariz Mənsimov, türkiyəli rejissor-aktyor Mahsun Kırmızıgül, millət vəkili Qənirə Paşayeva, müğənni İradə İbrahimova, Günel Zeynalova, aktrisa İpək Bilgin qatılıb.

Məşhurlar filmlə bağlı təəssüratlarını "Salam Azərbaycan" verilişində bölüşüblər.

İ.İbrahimova “Bu cür filmlərin çəkilməsi və Azərbaycandan kənarda nümayiş edilməsi gözəl işdir. Belə addımla tariximizi insanlara çatdırırıq. Türkiyəli sənətçilər belə, bizim soyqırımla bağlı fotolar paylaşır” deyə, bildirib.

G.Zeynalova isə tariximizi dünyaya çatdırmağın gözəl hal olduğunu vurğulayıb:

“Mən də Qarabağ müharibəsini görən insanlardanam. Bütün dünya bizə edilən haqsızlığı görür. Allah ölənlərimizə rəhmət etsin. Bu cür tədbirlərimiz çox olsun”.

Türkiyədə yaşayan aktrisa, əməkdar incəsənət xadimi Məlahət Abbasova “Sevinirəm ki, bütün azərbaycanlılar Türkiyədə bir araya toplaşıb. Tək üzücü hal Xocalı soyqırımının olmasıdır. İnanıram ki, ədalət öz yerini tapacaq və biz gözəl hadisələri qeyd etmək üçün yığışacağıq" deyə, söyləyib.