Dollar cüzi ucuzlaşdı, avro bahalaşdı

Dollar cüzi ucuzlaşdı, avro bahalaşdı
9111 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün də Azərbaycanda 1 ABŞ dollarının manatla nisbətdə rəsmi məzənnəsi cüzi dəyərdən düşüb.

Axşam.az-ın “APA-Economics”ə istinadən məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) fevralın 26-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkədə dolların rəsmi məzənnəsi 1,0501 manat səviyyəsində müəyyən edilib.

Ötən gün isə 1 dollar 1,0502 manat olub. Xatırladaq ki, fevralın 21-dən 24-dək 1 dollar 1,0500 manat idi. Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0028 manat və ya 0,23% bahalaşaraq 1,1942 manat olub.

Qeyd edək ki, ötən gün isə 1 avro 1,1914 manat idi.

Xatırladaq ki, fevralın 21-dən 24-dək 1 avro 1,1950 manat olub.