“Bu qadına aşiqəm, onunla evlənəcəm”

“Bu qadına aşiqəm, onunla evlənəcəm”
2957 dəfə oxunub
  • A-
  • A
  • A+
“Oskar”lı aktyor Şon Penn cənubi afrikalı aktrisa sevgilisi Şarliz Teronla evlənməyə hazırlaşır.

Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, 54 yaşlı aktyor “Bu yaşda aşiq olacağım heç ağlıma gəlməzdi” deyib:

“Bu qadına aşiqəm. Onunla evlənəcəm. Daha əvvəlki evliliklərim uğursuz oldu, amma indi daha təcrübəliyəm. Bu nikahı ilk ailə həyatım kimi düşünürəm”. Şon Şarlizin övladlığa götürdüyü oğlu Ceksonun vəlihədliyini də öz üzərinə yazdırıb.

Qeyd edək ki, Şon Penn daha əvvəl Madonna və Robin Raytla evli olub.