Kişilər üçün sağlam qalmağın 7 yolu

Kişilər üçün sağlam qalmağın 7 yolu
1994 dəfə oxunub
  • A-
  • A
  • A+
Kişilərin xəstəliklərə dözümü qadınlara nisbətən daha azdır. Buna görə də onlar daim sağlam qalmaq üçün müxtəlif vasitələrə əl atırlar.

Axşam.az xarici mətbuata istinadən kişilərə hər zaman gümrah və sağlam qalmaları üçün 7 məsləhət təqdim edir: 


1. Sağlamlığın ilk dostu idmandır. Əgər idman etməyə vaxtınız yoxdursa onda... Mütəxəssislər məsləhət görürlər ki, səhər işə gedərkən liftdən yox, pilləkəndən istifadə edin. Özü də pilləkənləri yavaş-yavaş yox, qaça-qaça çıxıb-düşməyə çalışın.

2. Özünüzü yorğun hiss edirsinizsə... İşdən gələndən sonra ilıq suya təmiz bal töküb, qarışdırın. Həmin su ilə alnınızı və çiyinlərinizi masaj edin. Bu, qan dövranını yaxşılaşdırıb, maddələr mübadiləsinin normal dövriyyəsinə kömək edəcək. Həm də sizi baş ağrısından xilas edəcək.

3. Boyun ağrısını özünüz müalicə edin: İşiniz oturaqdırsa və ya gün ərzində kompüter qarşısından dura bilmirsinizsə, onda sözsüz ki, boynunuzda və belinizdə ağrılar olacaq. Qələmi dişlərinizin arasına qoyub və əlifbadakı bütün hərfləri – A-dan Z-yə kimi hamısını havada yazmağa çalışın. Yorulmasan, özünüzün və sevgilinizin də adını «yaza bilərsiniz».

4. Xəstələnməmək üçün... Dəniz duzu alın. Ondan 1 çay qaşığı ilıq suya töküb, hər səhər qarqara edin. Bu, həm dişlərini möhkəm, bəyaz saxlayacaq, həm də səni qrip və boğaz ağrısından qoruyacaq.

5. Yeməkdən sonra mədədə narahatçılıq varsa, bir dilim banan yemək mədədəki narahatçılığı aradan qaldırar.

6. Həmişə enerjili olmaq üçün... Gecə yatmazdan əvvəl qulağınızın sırğalığını 11 dəqiqə masaj edin. Bu, kişilərdə impotentlik riskini 90 faiz azaldır.

7. Əsəblərinizi sakit saxlamaq üçün... İspanaq və vəzərini ət maşınından keçirib, hər gün onun suyundan 2 xörək qaşığı qəbul etsəniz, dünya dağılsa da vecinizə olmayacaq.