Xalq artisti bacısı qızını biabır etdi: “Siqaret çəkir” - video

Xalq artisti bacısı qızını biabır etdi: “Siqaret çəkir” -  video
11442 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Rafael Dadaşovun qızı, müğənni Səidə Dadaşova canlı efirdə pərt olub.

Axşam.az-ın məlumatına görə, “5/5” verilişinə qatılan və efirə gecikən ifaçı bunda tıxacları günahlandırıb. Canlı yayımın digər qonağı, sənətçinin xalası, xalq artisti Brilliant Dadaşova isə onun ünvanına tənqidi fikirlər söyləyib:

“Sən çalış həyatındakı tıxacları yarıb, evə gəlib, yanımızda ol. Səidə həm bacımın, həm də əmim oğlunun qızıdır. Onun təmiz niyyətindən istifadə edirlər. Səidənin münasibətdə olduğu insanları bəyənmirəm. Atası, anası və mən həmişə ona deyirik ki, yanımızda sənətlə məşğul ol. Bir musiqi 3-5 min manata başa gəlir. Yüz dəfə demişəm ki, Səidə, aranjimanlarımı verim, get oxu. Deyirəm səsini qoru, pis vərdişlərdən uzaq ol. Siqaret çəkir. Buna görə ona narazılığımı bildirmişəm. Siqaret ayıb deyil, amma müğənni üçün olmaz, səhhətə ziyandır. Biz Səidəni öz yanımıza çəkə bilmirik”.

S.Dadaşova isə “O tıxacları yardım. Siz olan yerdə heç bir tıxac yoxdur”, - deyə bildirib.

Qeyd edək ki, verilişin aparıcısı Zaur Kamal S.Dadaşovanı canlı yayıma çağırmamışdan əvvəl “Brilliant xanım, bir insanı dəvət edəcəm. Amma inciyib efiri tərk etməyin” sözlərini deyib.