Brilliant: "Ajda Pekkanın paltarını geyinməkdə ayıb heç nə yoxdur"

Brilliant: "Ajda Pekkanın paltarını geyinməkdə ayıb heç nə yoxdur"
2090 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Brilliant Dadaşova türkiyəli sənətçi Ajda Pekkanla Bakıda bir araya gəlib.

Axşam.az xəbər verir ki, müğənni Pekkanın ona hədiyyə etdiyi paltarla bağlı söz-söhbətlərə son qoyub:

“Noyabrda Ajda Pekkan “Jumeirah”da bir ad gününə qatıldı. Həmin mərasimdə mən də iştirak edirdim. Restorana çay içməyə düşəndə görüşdük. Deyirəm, xəbəriniz var, video düzüb-qoşub internetə yerləşdiriblər. Guya Bakıda olarkən mənimlə şəkil çəkdirmək istəməmisiniz. Təəccüblənib “Bunlar dəlidir?” dedi. Sonra söhbət zamanı dedim bir paltarınız var, çox gözəldir, xoşuma gəlir. Söylədi ki, onu özümlə Bakıya gətirmişəm. Amma geyinməyəcəm, otağıma adam göndər verim sənə. Mən əlbəttə ki, heç kimi göndərmədim. Bir də gördüm paketə qoyub öz köməkçisi ilə otağıma göndərib. Axşam zəng etdi ki, geyinib baxdın? Deyirəm bu libas mənim üçün bir əsər kimidir, saxlayacağam. Açıqdır, hər yerə geyinə bilmirəm. Noyabrda verilən libası dekabrda geyindim. Burada ayıb heç nə yoxdur”.