“Sümbül Ağa” Azərbaycan mahnısı oxudu - video

“Sümbül Ağa” Azərbaycan mahnısı oxudu -  video
1783 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün “Eşq sənə bənzər” filminin təqdimatıyla əlaqədar şəhərimizin qonağı olan “Möhtəşəm yüz il”in Sümbül Ağası Səlim Bayraktar Azərbaycan dilində danışması ilə hər kəsi təəccübləndirib.

Axşam.az-ın məlumatına görə, aktyor hətta baş tutan mətbuat konfransında “Ayrılıq” mahnısını da oxuyub.

O, Azərbaycan dilində yaxşı danışa bilməsinin səbəbini açıqlayıb:

“Mən türkmən türküyəm. Ona görə də, bu dildə danışmaq mənə çətin deyil”.

Qeyd edək ki, S.Bayraktar həmçinin İnstaqram səhifəsində fikirlərini Azərbaycan dilində yazıb:

“Bu qala daşlı qala.... Qız qalası, Bakı...”.