Günay Bakıda dəfiləyə hazırlaşır

Günay Bakıda dəfiləyə hazırlaşır
1486 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayevanın Bakıda dəfilədə iştirak edəcəyi ilə bağlı xəbər vermişdik.

Axşam.az-ın məlumatına görə, o, türkiyəli modelyer Yıldırım Mayruk və Barbaros Şansalın moda nümayişində podiuma çıxacaq. Martın 15-də baş tutacaq gecənin təşkilatçısı Günayın özüdür.

Nümayişdə Günayla yanaşı, Türkiyənin tanınmış modelləri də iştirak edəcəklər.

Qeyd edək ki, G.Musayeva səfər zamanı - martın 12-də baş rolda çəkildiyi “Kod adı K.O.Z.” filminin qala gecəsində iştirak edəcək. Gecədə modelin ayrıldığı həyat yoldaşı Tolqa Karel də yer alacaq.