Rus model hamiləlikdən əvvəl və sonra - fotolar

Rus model hamiləlikdən əvvəl və sonra - fotolar
5700 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur rus model Yelene Perminova hamiləlikdən sonra necə arıqladığı barədə danışıb.

Axşam.az “Dailymail” saytına istinadən xəbər verir ki, rus milyarder Aleksandr Lebedevlə evli olan model Yelene ideal bədən quruluşunu idmana borcludur:

“Uşağı yatızdırandan sonra dizlərimi, dirsəklərimi yerə qoyub ayaqlarımı sıra ilə yuxarı qaldırıb endirirdim”.

Perminova qadınlara doğuşdan dərhal sonra qarnı əritməyə yönələn idman hərəkətlərini edərkən həkimlə məsləhətləşməyi də lazım bilib.

Keçən il üçüncü övladını dünyaya gətirən model hamiləliyin 8-ci ayında və doğuşdan 60 gün sonrakı halı ilə çəkdirdiyi şəkillə medianın diqqətini çəkmişdi.