Telli anası üçün Zaurdan kömək istədi

Telli anası üçün Zaurdan kömək istədi
3863 dəfə oxunub
  • A-
  • A
  • A+

Aşıq Telli Borçalı “Öz aramızda” verilişinə gələrək aparıcı Zaur Baxşəliyevdən kömək istəyib.

Axşam.az-ın məlumatına görə, sənətçi anasının gözündə problem olduğunu deyib:

“Anamın gözündə problem var. Əməliyyat olunub, amma bir gözü görmür. Başqa bir həkimə göstərmək istəyirəm. Mənə həkim tapmaqda kömək et. Atam dünyasını dəyişəndə anam çox ağlamışdı, gözləri zəifləmişdi”.

Z.Baxşəliyev isə "Əlimdən gəldiyi qədər kömək edəcəyəm" deyə bildirib.