Cessika Alba Taylandda dincələrkən - fotolar

Cessika Alba Taylandda dincələrkən - fotolar
1940 dəfə oxunub
  • A-
  • A
  • A+
“Mexanik 2” filminin çəkilişləri üçün Tailanda gedən aktrisa Cessika Alba öz istirahətinə də vaxt ayırıb.

Axşam.az Rusiya mediasına istinadən xəbər verir ki, Cessika çəkilişlərdən sonra günəş vannası qəbul edərək meditasiya ilə məşğul olub.

Gözəllik sirlərini bölüşən aktrisa düzgün qidalanır, formada qalmaq üçün səhər saat 5:30-da oyanır, idman zalına gedir, sonra isə çəkiliş meydançasına yollanır. 33 yaşlı aktrisa müsahibələrinin birində özünü gümrah hiss etdiyini deyib:

“Mən buna 30 yaşımda – doğuşdan sonra nail oldum. İndi əvvəlkindən daha qamətliyəm. Bədənim sanki başqa cür görünür. Özümü daha çox qadın kimi hiss edirəm. Üz cizgilərim isə artıq yeniyetmə qızın üzünə oxşamır”.