"Özünü sübut etmiş əsl azərbaycanlı kişisiyəm"

"Özünü sübut etmiş əsl azərbaycanlı kişisiyəm"
1233 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Vasif Məhərrəmli baxımlı kişilərə irad tutanlara cavab verib.

Axşam.az-ın məlumatına görə, sənətçi “Gündəlik” verilişində hər zaman formada qalmağı sevdiyini deyib:

“Üç ifadə var: sağlam yaşamaq, baxımlı olmaq, tökülüb-itmək. Mənim üçün baxımlı olmaq ilk yerdə gəlir. Özünü sübut etmiş əsl azərbaycanlı kişisi kimi kompleks etdiyim hər bir qüsuru aradan qaldırmağa yaxşı baxıram. “Şəlpəqulaq” kişilərin o formada gəzməklərindənsə, gedib əməliyyat etmələrinin nəyi pisdir? Bu əməliyyat cəmi 15 dəqiqə çəkir. Amma botoksa yaxşı baxmıram. Dodaq şişirtmək heç xanımlara da yaraşmır. Həmişə sükan arxasındayam, işıqforda dayananda sağa-sola baxıram. Bir də görürsən ki, dodaq bir qədər qabağa çıxır. Yaraşmır axı...”.