“Planet Parni iz Baku”nun “Hamı AvrOppalara” konserti

“Planet Parni iz Baku”nun “Hamı AvrOppalara” konserti
3576 dəfə oxunub
  • A-
  • A
  • A+
Saat 19:00. Biletin qiyməti 30-300 AZN.

“Planet Parni iz Baku” KVN Teatrının aktyorları yeni tamaşaya hazırlaşırlar.

Axşam.az-ın məlumatına görə, “Hamı AvrOppalara” adlı konsert proqramı aprelin 25-i və 26-da Heydər Əliyev Sarayında baş tutacaq.

Teatrın aktyoru, əməkdar artist Tahir İmanov əməkdaşımızla söhbətində artıq tamaşanın məşqlərinə başladıqlarını bildirib.

Qeyd edək ki, tamaşada əməkdar artist Tahir İmanov, aktyorlar Cabir İmanov, Bəhram Bağırzadə, Emil Abbasov, Azər Məmmədzadə yer alacaqlar.

Biletləri şəhərin kassalarından əldə edə bilərsiniz. Ətraflı məlumat üçün (012) 441-21-31, 598-17-72/73/74 nömrələri ilə əlaqə saxlamaq mümkündür.