Dünyanın ən kök modeli - fotolar

Dünyanın ən kök modeli - fotolar
4544 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyanın ən kök manikenlərindən sayılan Tess Holidey standartlardan kənar boyu və kilosu ilə önəmli bir agentliklə müqavilə imzalayan ilk model olub.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, Los-Angelesdə doğulan Tess əvvəllər bədəninin bu iş üçün uyğun olmadığını düşünüb. Amma hazırda o, "Vogue" jurnalı üçün fotosessiyalar etdirir, minlərlə dəb brendi ilə çalışır.

29 yaşlı maniken İngiltərənin "Milk" model agentliyi ilə müqavilə imzalayaraq modellik tarixində ilkə imza atıb.

"Curves" adlı bir kolleksiyanın təqdimatına hazırlaşan Holidey sosial şəbəkədə də yeni bir kampaniyaya başlayıb.

Köhnə adı Tess Munster olan, 52 bədən ölçüsü, 172 santimetr boya sahib manikenin İnstaqramda 352 min, Tvitterdə 22 min izləyicisi var.

Qeyd edək ki, balaca olarkən köklüyünə görə məzə obyektinə çevrilən Munster 17 yaşında modelliyə başlayıb. O, bağladığı müqavilələrdəki bəndlərə görə, hazırda arıqlaya bilmədiyini deyib.